Xidmətlər

Kənd Təsərrüfatı Təlimləri

Kənd təsərrüfatı məhsuldarlığının aşağı olması və fermerlər tərəfindən yeni kənd təsərrüfatı texnologiyalarının məhdud şəkildə qəbul edilməsi bütün dünyada və ölkəmizdə əsas inkişaf problemləridir. Tədqiqatçılar fermerdən fermerə təlim proqramının fermerlərin biliklərinə və təkmilləşdirilmiş südçülük təsərrüfatı təcrübələrindən istifadəsinə, həmçinin süd istehsalı və gəlirlərinə təsirini qiymətləndirdi. Ümumiyyətlə, fermerdən fermerə təlim proqramı fermerlərin biliklərini, məhsuldarlığını və gəlirlərini yaxşılaşdırdı.

Agrico MMC şirkəti fermerlərin bilik və bacarıqlarını artırmaq məqsədilə təlimlər təşil edir. Bu təlimlərdə yerli aqronomlarla yanaşı xarici ölkələrdən cəlb olunmuş aqronomlar da öz bilik və təcrübələrini kəndlilər və sahibkarlarla bölüşür.

Təlimlərdə düzgün suvarmanın aparılması, gübrələrdən səmərəli istifadə və torpağın potensialı və xüsusiyyətləri və s. haqqında məlumat verilir.Bu traininglərin təşkil etməkdə əsas məqsəd kənd təsərrüfatının inkişaf etməsinə dəstək olmaq və xaricdən idxal olunan tərəvəz məhsullarının idaxalını azaltmaqdır. Tərəvəz məhsullarının idxalını azaltmaq üçün birinci növbədə öz torpaqlarımızı düzgün şəkildə qidalandırılmasını təşkil etmək lazımdır.

Foto qalereya