Haqqımızda

Biz kimik

“AGRICO” MMC – Azərbaycanda 2016-cı ildən kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən və sürətlə inkişaf edən şirkətdir. Hal-hazırda şirkət mineral gübrələrin, toxumların, bitki qoruma vasitələrinin (pestisidlərin), torpaq test avadanlıqlarının və torpaq analizlərinin ən böyük distribütorlarından biridir. Komandamız müştərilərin ehtiyac və tələblərinə 7 gün 24 saat cavab verir.

Bizim məqsədimiz fermerlərin ehtiyaclarını ən müasir şəkildə qarşılamaq və şirkətin “Birlikdə inkişaf edək!” devizini əsas tutaraq onlara məhsuldarlığın artırılmasında kömək etməkdir. “AGRICO” MMC-nin missiyası ətraf mühitin qorunması və qida təhlükəsizliyinə riayət edərək kənd təsərrüfatı məhsullarının inkişafının səmərəliliyinin artırılması üçün həll yollarını irəli sürməkdir. Bunun üçün biz məşhur tədqiqat və elmi mərkəzlərlə əməkdaşlıq edirik. “AGRICO” MMC müştəri və tərəfdaşlarının bilik və təcrübələrinə dəstək olan təcrübəli mütəxəssislər qrupundan ibarətdir.

“AGRICO” MMC təkcə satışla deyil, həmçinin digər məsləhət xidmətləri ilə də məşğul olur. Şirkətimiz ayrıca olaraq əkinçilik texnikası haqqında fermerlərin biliklərinin artırılmasına və məhsuldarlığın artırılmasına kömək etməyə çalışır. Bu təlim kursları, təsərrüfat səfərləri və təsərrüfat sınaqları vasitəsilə həyata keçirilir.

Bizim məqsədimiz

“AGRICO” MMC-nin məqsədi uzunmüddətli inkişafdır, buna görə tədqiqat və inkişafa investisiya qoymaq vacibdir. Şirkətin əsas prioriteti müştəri məmnuniyyətidir. Müştərilərimizin artan tələbləri, fikir və təklifləri məhsul çeşitlərinin davamlı inkişafına və kənd təsərrüfatı istehsalının inkişafına təkan verərək müasir həll yollarının tətbiqinə ruhlandırır.

certificates

Caspian Agro2019
Caspian Agro2018
Caspian Agro2017

“AGRICO” MMC-nin missiyası ətraf mühitin qorunması və qida təhlükəsizliyinə riayət edərək kənd təsərrüfatı məhsullarının inkişafının səmərəliliyinin artırılması üçün həll yollarını irəli sürməkdir.