Gübrələr

Universol

Universol – gübrə

Universol suda tam həll olan standart NPK gübrəsidir. Gübrələr asanlıqla seçilə bilməsi üçün  rənglər olaraq bölünüb və “Bright Solution System” texnologiyası ilə hazırlanıb.

Bu sistem yüksək keyfiyyətli, diqqətlə seçilmiş maddələrdən ibarətdir.

Bütün bunlar maqnezium və mikroelementlər ilə balanslaşdırılmış NPK formulundan hazırlanır.

Bir kliklə sifariş

Universol Green 23-6-10+2.7MgO+TE

əsas məqsəd bitkilərin böyüməsi olduqda bu gübrədən istifadə olunur. Ona görə də Azot və Kaliumun nisbəti (2:1)-dir. Bu NPK maqnezium və mikroelementlərlə tam zəngindir. Güclü inkişaf edən bitkilər üçün Universol Green daha uzun müddət istifadə edilə bilər. Məhsul orta və uzun müddətli yetişmə dövründə ideal balanslaşdırılmış və dərhal mənimsənilən bilən nitrat azotu və ammonium azotundan ibarətdir.

Universol Violet 10-10-30+3.3MgO+TE

Universol Violet yüksək kalium tərkibinə malikdir, güclü böyüməni, yaxşı yarpaq rəngini və yaxşı çiçək inkişafını təmin edir. Bu NPK maqnezium və mikroelementlərlə tam zəngindir. Bu tərkibin istifadəsi bitki artımını yavaşlatmağa və bitkilərin daha güclü olmasına kömək edəcəkdir. Universol Violet həm də suvarma suyunda azot olduğu təqdirdə daha yaxşı balanslı bəslənmə üçün tətbiq oluna bilər.

Universol Blue 18-11-18+2.5MgO+TE

Universol Yellowun balanslaşdırılmış bir formasıdır. Bu NPK maqnezium və mikroelementlərlə tam zəngindir. Bu balanslaşdırılmış formula bitkilərin boy artımına və ümumi inkişafına müsbət təsir göstərir.

Universol Orange 16-5-25+3.4MgO+TE

Kalium üzərinə fokuslanmış bir preparatdır və bitki böyüməsini azaldır. Yüksək Kalium miqdarı səbəbiylə çiçəkli bitkilər üçün idealdır. Bu NPK maqnezium və mikroelementlərlə tam zəngindir.

Universol 19-19-19

Bu Universol,r balanslı NPK gübrəsidir və bitkinin inkişafına kömək edir. Bu ideal tərkib yüksək məhsuldarlıq üçün ən yaxşı performansı təmin edir. Bitkilər balanslaşdırılmış dozalar tələb etdiyi dövrlərdə istifadə olunur. Bu məhsulda Mg və mikro elementlərin tam paketi var.

Universol Basis 4-19-35+4.1MgO+TE

Universol Basis, A / B tank suvarma sistemi vasitəsilə tətbiq üçün hazırlanmışdır. Məhsulun tərkibində NPK, Mg və tam mikrolelement paketi var.

Universol Special104 9-0-39 + 3.5MgO + TE

Universol Special 104-ün istifadəsi xüsusilə P-səviyyəsinin aşağı olduğu vəziyyətlərdə yığcam bitkilər yetişdirmək üçün nəzərdə tutulur. Məhsulun tərkibi mikro elementlərin tam paketindən ibarətdir. Universol Special 104, A / B tank suvarma sistemində tətbiq üçün xüsusi hazırlanmışdır.

Universol Special 127 5-10-36 + 5MgO + TE

Bu maddə A-B tank suvarma sistemində istifadə üçün nəzərdə tutulmuşdur. A tankında Kalsium, B tankında Universol Special 127 olur. Optimal təsir üçün EDDHA dəmir daxil olmaqla özündə tam mikro elementlərin paketini birləşdirir.

Universol Special P 19-6-27 + TE

Bu məhsul NPK və mikro elementlərinin tam paketini özündə birləşdirir. Fosforun 50% -i poli-fosfat kimi mövcuddur. Bunun sayəsində də bitkilər tərəfindən fosfatların mənimsənilməsi artır.

Universol Yellow 12-30-12 + 2.2MgO + TE

Universol Yellow fosforun miqdarını artırır və ən çox dibçəkdə olan təzə əkilmiş bitkilərin kökünü stimullaşdırmaq üçün istifadə olunur. Bu məhsul həmçinin fosfor analizinin köməkliyi ilə tumurcuğun böyüməsini dəstəkləmək üçün tövsiyə olunur. Məhsulun tərkibində NPK, Mg və tam mikrolelement paketi var.

Universol White 15-0-19 + 9CaO + 2MgO + TE

Universol White azot, kalium, kalsium, maqnezium və mikro elementlərinin tam paketini özündə birləşdirən tərkibində fosfor olmayan məhsuludur. Məhsul, yumşaq sudan istifadə edərək az miqdarda P (fosfor) olan bitkilərin böyüməsi üçün tətbiq oluna bilər.

Universol Soft Water 312R (18-7-12 + 6CaO + 2MgO + TE)

Universol Soft Water 312R yumşaq suvarma suyunda tətbiq üçün hazırlanmışdır. Bu məhsulda NPK, maqnezium, kalsium və mikro elementlərinin tam paketi var. 3: 2 nisbətində N: K nisbəti olan, azot əsaslı və tərkibində yüksək miqdarda kalsium olan Universol Soft Water 312R, yarpaq gübrələməsi və erkən inkişaf mərhələsi üçün idealdır.

Universol Hard Water 211 (23-10-10 + 2MgO + TE)

Universol Hard Water 211, yüksək səviyyəli bikarbonatla sərt su ilə suvarmada tətbiq üçün hazırlanmışdır. N: K nisbəti 2: 1-dir və erkən böyümə mərhələsində (yarpaqdan gübrələmə tətbiq olunan bitkilərdə) yüksək miqdarda azot tələb edən bitkilər üçün idealdır. Universol Hard Water 211 suvarma suyunu turşulaşdırır və bikarbonatı neytrallaşdırır.

Universol Hard Water 225 (11-10-28 + 2MgO + TE)

Universol Hard Water 225 sərt suvarma suyunda tətbiq üçün hazırlanmışdır. Çiçəkləmə dövründə olan bitkilərin kompakt böyüməsini təmin edir və bitkilərin sərtləşməsi üçün idealdır. Universol Hard Water 225 suvarma suyunu turşlaşdırır və bikarbonatı neytrallaşdırır. N: K nisbəti 2: 5 olan bu məhsul azot gübrələri (məs. Nitrat turşusu) və yüksək azot səviyyəsi olan su ilə birlikdə istifadə oluna bilər.

Digər məhsullar