Xi̇dmətlər

Kənd Təsərrüfatı Konsaltinqi

Bizim peşəkar heyətimiz həm dövlət orqanlarına, həm təşkilatlara, həm də fərdi şəkildə fəaliyyət göstərən bağçılıqla məşqul olan sahibkarlara aqronomluğa dair məsləhət xidmətləri göstərir. Bilik mübadiləsi və yüksək peşəkarlığı özündə cəmləşdirən unikal yanaşmamız müştərilərimizə daha yaxşı məhsuldarlığa və daha səmərəli olmağa kömək edir.

AGRICO, mütəxəssislər tərəfindən məsləhət xidmətləri göstərir və mütəxəssislərimiz davamlı olaraq kənd təsərrüfatının səmərəliliyi, gübrələmənin idarəedilməsi, suvarma sistemləri və və su təmizlənməsi texnologiyasının doğru tətbiqini öyrənir. Biliklərimizi bölüşmək bizim marağımız olduğundan, AGRICO öz fəaliyyətini həm böyük təşkilatlara, həm də ayrı-ayrı fermerlərə və kənd təsərrüfatında yeni fəaliyyətə başlayan şirkətlərə təqdim edir. Məqsədimiz ətraf mühiti qorumaqla yanaşı müştərilərimizə qarşıda duran bir çox problem və qaydalara cavab verərək üstün nəticələr əldə etmək, səmərəliliyi artırmağa kömək etməkdir.

Daxili bir texniki sertifikat proqramı, müştəri üçün ən düzgün qərarlar qəbul edəcək sahə səviyyəsində ən yaxşı məlumatları əldə etməyimizi təmin edir. Bu yanaşma müştərilərimizə əməliyyatınızın müəyyən istiqamətlərinə yönəlmiş bir komanda təqdim edir. Hiss edirik ki, müasir əkinçiliyin çətinlikləri ilə komanda yanaşması təsərrüfatla məşğul olan müştərilərimizə ən yaxşı xidmət göstərir. Bundan əlavə bizdə Avropa ölklərində hər il keçirilən konfranslarda işitrak edən mütəxssislərimiz var ki, onlar da oranın təcrübəsini ölkəmizdə paylaşmağa hazırdırlar.

Foto qalereya