Agrolution
Agrolution – gübrə
Suda həll olunan gübrələr olan Agrolution çeşidi iki məqsədi üçün hazırlanmışdır:
Bütün qidalı maddələrin düzgün nisbətdə paylanması və su keyfiyyəti problemlərinin bir məhsul ilə həll etmək. Agrolution pHLow məhsulları sərt su və Agrolution Special isə yumşaq su üçün nəzərdə tutulmuşdur.
Həm Agrolution pHLow, həm də Agrolution Special məhsulları turşulaşdırılır.
Bu da öz növbəsində torpaq və digər substratlarda yetişdirilən tərəvəz və meyvə bitkiləri üçün keyfiyyətin optimallaşdırılması istiqamətində addım atmağa imkan verir.
Agrolution Ph Low 151 (10-50-10)
Agrolution pHLow məhsulları sərt su ilə suvarma zamanı daha yaxşı meyvə və tərəvəz inkişafına kömək edir. Bu gübrə ən təmiz maddələrdən hazırlanır və gübrə içində olan bütün mikro elementlər xelat formasındadır. Agrolution pHLow yüksək keyfiyyətli məhsulların əldə edilməsi üçün vacib bir vasitədir.
Agrolution pHLow 151, qida maddəsinin miqdarını artıraraq bütün lazımi qidalarla bitkini təmin edir. Ən saf maddələrdən ibarətdir və fosfor çatışmazlığını bərpa edir. Agrolution pHLow 151, saflığı, həll olmasına ve turşuluq efektliyinə görə suvarma sistemlərində tıxanmanın qarşısını alır.
Agrolution Special 214 12-6-29+ 7CaO
Agrolution Special 214, qida maddəsinin miqdarını artıraraq bütün lazımi qidalarla bitkini təmin edir. Ən saf maddələrdən ibarətdir və Kalsium çatışmazlığını bərpa etməyə kömək edir Agrolution Special 214, suda tamamilə həll olduğuna görə suvarma sistemlərində tıxanma yaratmır.
Agrolution Special 214-ün tərkibində kalsium vardır, bu da bitkilərin ömrünü artırır və çiçəklənmə dövrünün sonunda çürümənin və xəstəliklərin qarşısını alır. Bitki qidasını təmin etmək və sərt su problemlərini həll etmək üçün nəzərdə tutulmuşdur eyni zamanda tam mikro elementi paketi ilə təchiz olunmuşdur.