Gübrələr

Nova

Nova – gübrə

Nova gübrə qrupu yeni  nəsil suda həll oluna bilən  gübrələr təklif etməkdən qürur duyur.

Xüsusi seçilmiş suda həll oluna bilən gübrələr peşəkar fermerlər üçün  istehsal olunur.

Bütün suda həll olunan gübrələr rəqabətsiz keyfiyyətli mənbələrdən əldə edilir.

Saf və təmiz gübrələr, tərəvəz və digər məhsulları etibarlı şəkildə yetişdirmək üçün lazımdır.

Bir kliklə sifariş

Nova SOP (0-0-50+46SO3)- K3SO4

Yüksək miqdarda Kalium və Kükürdə malik olan Nova SOP, bitkilərdə mümkün çatışmazlıqların qarşısını alan və adı çəkilən elementlərə olan tələbatı ödəyə bilən ideal gübrədir. Aşağı duz göstəricisinə malik Nova SOP müxtəlif növ torpaqlarda etibarlılığı təmin edir.

  • Yüksək konsentrasiyalı Kalium və Kükürdə malik azotsuz gübrə.
  • Çox az duz göstəricisinə malik Nova SOP yüksək səviyyəli şoran torpaqlarda yetişdirilən bitkilərin gübrələmə proqramları üçün ideal məhsuldur.
  • Qələvi torpaqlarda Nova SOP tətbiqi kök zonasında pH azalmasına səbəb olur və fosfor və mikronutrientlərin daha çox sovrulmasını asanlaşdırır.
  • Nova SOP çox kiçik parçacıqları (<0.015 mm) ehtiva etdiyinə görə ana məhlul hazırlanarkən sürətlə həll olunur.

Nova Ferti K (5-0-49+21SO3)

Nova Ferti-K azotsuz bir Kalium daşıyıcısıdır. Bu, bir çox tərəvəz və meyvələrin yığılması üçün vacib xüsusiyyətdir. Meyvənin rəngi, şirinliyi və yağ tərkibini yaxşılaşdırır. Kalium ilə yanaşı, xlor bitki hüceyrələri daxilində ümumi osmotik təzyiqin idarə edilməsində mühüm rol oynayır.

  • Kalium stress amillərini azaldır su idarəetməsini tənzimləyir.
  • Kalium şəkərin nəqlində iştirak edir və birbaşa məhsuldarlığı artırır.
  • Sərbəst həll edici və tez həll olunandır.

Nova Peak (0-52-34)

  • Select MKP yüksək keyfiyyətli, ağ rəngli kristal, tamamilə suda həll olunan fertifikasiya(damlama üsulu ilə gübrələmə) gübrəsidir.
  • Məhsulun tərkibində qatqıların olmaması hər iki elementin asanlıqla torpaq tərəfindən mənimsənilməsinə imkan verir.
  • Azotun mənimsənilməsi maksimaldır
  • Tərkibi maksimum təhlükəsizdir
  • Azot yoxdur; hidrofonik sistemlər üçün ən yaxşı seçim
  • Açıq sahədə fertiqasiya üçün idealdır
  • Çiçəkləmə dövründə tətbiq olunması məsləhət görülür

Nova PeKacid (0-60-20)

  • Bu gübrə açıq sahələrdə və torpaqsız(digər substratlarda) sahələrdə yetişdirilən bitkilər üçün ideal olan suda asanlıqla həll oluna bilən PK gübrəsidir. Məhsul həm də sərt su şəraitində və əhəngli torpaqlarda istifadə edilə bilər.
  • Yüksək Fosfor (P) və Kalium (K) konsentrasiyası
  • 100% suda həll oluna bilən
  • Yüksək həllolma indeksi (670 q / litr H2O- 20 ° C-də)
  • Tərkibində qətiyyən Xlor və Natrium yoxdur
  • Toz şəklində istifadə üçün təhlükəsizdir
  • PeKacid, Ca və Mg ilə qarışdırıla bilər
  • Boruların tıxanmasına mane olur.
  • Enerjinin bitki tərəfindən mənimsənilib saxlanmasına kömək edir.
  • Yüksək turşuluğa malik olduğu üçün qələvi torpaqların pH-I aşağı salmaq üçün istifadə olunur.

Nova MAP- NH4H2PO4

Monoammonium fosfat bütün bitkilərin ilkin inkişaf mərhələsi üçün ideal vasitədir. Əkindən dərhal əvvəl və sonra tətbiq etmək lazımdır.

  • Fosfat (H2PO4-) – Bitkilər tərəfindən mənmisənilə bilən fosforun yüksək effektli mənbəyidir.
  • Fosfor və mikroelementlərin həllediciliyinə üstünlük verən torpaq mühitinin turşulaşmasına köməklik göstərir.
  • Sərbəst həll edicidir və tez həll olunur.
  • Yüksək təmizlik məhsulu, qalıq və çirkləndiricilər yoxdur.

Nova NK

  • Məhsul suda sürətlə həll olunandır və eyni zamanda azot və kaliumun yüksək səmərəli mənbəyini təmin edir.
  • Tərkibində nitrat şəklində azot ehtiva edir və bu da öz növbəsində torpaqda bitkilərin mənimsəyə biləcəyi şəkildə azota olan tələbatını ödəyir
  • Bütün növ torpaqlarda, açıq və qapalı sahələrdə istifadə edilə bilər
  • Bu məhsul bütün bitkilər üçün əlverişlidir, baxmayaraq ki, şorlamaya həssas olan məhsullar üçün xüsusilə uyğundur
  • Çöküntü barədə narahatlıq duymadan, Kalsiumla zəngin sular ilə istifadə edilə bilər
  • Kalium əsaslı gübrədir və suda yaxşı həll olunur
  • Hidroponik sistemlərdə Azot nitrat şəklində kök zonasında mənimsənilmə zamanı Kalsium ilə rəqabət aparmır.

Nova Mag S- MgSO4

  • Bu gübrə suda sürətlə və tamamilə həll oluna bilən və tərkibində yüksək keyfiyyətəli və saf qida maddələrini birləşdirir.
  • Maqnezium və kükürdün yüksək effektiv mənbəyi xlorofil və amin turşularının sintezini artırır
  • Tərkibində Azot yoxdur, bitkilərin Maqnezium və Kükürdə olan ehtiyaclarını uyğunlaşdırır.
  • Sərbəst həll edicidir və tez həll olunur.
  • Maqneziumla zəngin və qeyri-xlorlu gübrələrdən biridir

Nova Mag N- Mg(NO3)2

Bu gübrə suda sürətlə və tamamilə həll oluna bilən və tərkibində yüksək keyfiyyətəli və saf qida maddələrini birləşdirir. Yüksək səmərəli Azot və Maqnezium qaynağıdır və bu da xlorofil aktivliyini artırır. Azotun bitki tərəfindən asanlıqla mənimsənilə bilən forması olan nitratı əmələ gətirir. Sərbəst həll edicidir və tez həll olunur.

Nova Ca

Məhsul, bitkinin bütün inkişafı dövründə davamlı tətbiq olunan ən zəruri gübrədir. Nova Kalsium, bitkidəki kalsiumun optimal səviyyəsini saxlamağa kömək edəcək və hər hansı çatışmazlığı aradan qaldıracaq və ya düzəldəcəkdir.

Bitkinin hüceyrə divarlarının formalaşmasında əhəmiyyətli bir kalsium qaynağıdır, daha çox güc və sabitlik verərək, meyvələrin formalaşmasını təmin edir.

Bitki tərəfindən sürətlə mənimsənilə biləcək azotun nitrat formasını asanlıqla təmin edir.

Kalsium torpağın strukturunu saxlamağa kömək edir, natrium duzlarını torpaqdan ayırır. Buna görə də, torpağın səpilmə və dağılma riski azalır, xüsusilə şoran su suvarma üçün istifadə edilir.
Dənəvər forma sayəsində məhsul anbarda saxlanma zamanı yığışdırılmaq üçün daha az həssasdır.

Digər məhsullar